...

Sabahın havası açıqlandı

Cəmiyyət Materials 25 İyun 2025 12:20 (UTC +04:00)
Sabahın havası açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatına əsasən, havanın temperaturu gecə +19 dərəcədən +22 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +16 dərəcədən +21 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək, dağlarda gecə +7 dərəcədən +12 dərəcəyədək, gündüz +18 dərəcədən +23 dərəcəyədək olacaq.

Xəbər lenti

Xəbər lenti