...

Bayram günlərinin havası açıqlanıb

Cəmiyyət Materials 25 İyun 2025 11:49 (UTC +04:00)
Bayram günlərinin havası açıqlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında iyunun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə +19 dərəcədən +22 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək olacaq.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İyunun 27-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə +20 dərəcədən +22 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək isti təşkil edəcək.

İyunun 28-də hava şəraiti yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-23, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 27-si gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən

Xəbər lenti

Xəbər lenti