...

Modriç “Milan”la müqavilə imzalayacaq

İdman Materials 25 İyun 2025 13:37 (UTC +04:00)
Modriç “Milan”la müqavilə imzalayacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatından sonra İspaniyanın “Real Madrid” klubundan ayrılacaq Luka Modriç İtaliyanın “Milan” komandasına keçəcək.

Trend xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 39 yaşlı futbolçu mundialdan sonra uşaqlıqdan azarkeşi olduğu "rossonerilər"lə 2026-cı ilin yayına qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, 2012-ci ildən “Real Madrid”də çıxış edən futbolçu bu müddət ərzində 590 matçda 43 qol və 95 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti