...

Milli Məclisdə Böyük Qayıdışla bağlı müzakirələr təşkil ediləcək

Cəmiyyət Materials 23 Yanvar 2026 10:00 (UTC +04:00)
Milli Məclisdə Böyük Qayıdışla bağlı müzakirələr təşkil ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə Böyük Qayıdış və reinteqrasiya ilə bağlı müzakirələr keçiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxil edilib.

Belə ki, yaz sessiyasında komitədə “Böyük Qayıdış və reinteqrasiya”, “Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair” mövzularında ictimai dinləmələrin keçirilməsi, “Milli-mənəvi dəyərlərin və ailə institutunun informasiya-kommunikasiya məkanında müdafiəsi” mövzusunda dəyirmi masanın təşkil edilməsi planlaşdırılır.

Həmçinin, “Mina terroru qurbanlarının beynəlxalq hüquqi platformalara çıxışı” mövzusunda ANAMA ilə birgə görüşlərin keçirilməsi, uşaq və yeniyetmələrin sosial media asılılığının qarşısının alınması yollarına dair ekspert müzakirələrinin təşkili İş Planına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti