Bakı.Trend:
İl ərzində ayrı-ayrı günlərdə yağan intensiv leysan yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylarda 33 sel hadisəsi qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
Bildirilib ki, sel hadisələrinin ən çoxu aprel ayında müşahidə edilib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 110 sel hadisəsi baş verib.
