Bakı. Trend:
Qazaxıstanaın Milli Bankı əsas uçot dərəcəsini illik 18 faiz səviyyəsində saxlamağa qərar verib.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın maliyyə tənzimləyicisinin mətbuat xidməti məlumat yayıb.
“Milli Bankın pul-kredit siyasəti üzrə Komitəsi əsas uçot dərəcəsini illik 18% səviyyəsində, ±1 faiz bəndi diapazonu ilə müəyyənləşdirmək qərarına gəlib”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, 10 oktyabr 2025-ci il tarixində Qazaxıstanın Milli Bankı əsas uçot dərəcəsinin 16,5 faizdən 18 faizə qaldırılması haqda qərar qəbul etmişdi. Daha sonra isə 28 noyabr tarixində tənzimləyici onu illik 18 faiz səviyyəsində saxlamışdı.
