...

Premyer Liqada XVII tura start veriləcək

İdman Materials 23 Yanvar 2026 09:00 (UTC +04:00)
Premyer Liqada XVII tura start veriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasında XVII tura bu gün start veriləcək.

Trend xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk oyununda “İmişli” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq. Hazırda meydan sahibləri 17 xalla 9-cu, qonaqlar isə 26 xalla 6-cı pillədə qərarlaşıblar.

Turun ən maraqlı oyununda isə “Zirə” “Neftçi”nin qonağı olacaq. Qarşılaşma saat 19:00-da start götürəcək. Meydan sahibləri 20 xalla 7-ci, qonaqlar isə 28 xalla 2-ci pillədə qərarlaşıblar.

Xəbər lenti

Xəbər lenti