...

Ötən il korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb

Hadisə Materials 22 Yanvar 2026 15:08 (UTC +04:00)
Ötən il korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Əməliyyat qurumları tərəfindən 114 cinayət işi başlanılmış, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb.

Trend xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi zamanı məlumat verilib.

Bildirilib ki, hesabat dövrü ərzində Baş İdarə tərəfindən 174 şəxs barəsində 104 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti