Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İsveçrənin SICPA SA şirkəti arasında xidmətlərə dair saziş imzalanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində SOCAR ilə İsveçrənin SICPA SA şirkəti arasında xidmətlərə dair saziş imzalanıb.
Bu əməkdaşlıq müasir izlənilə bilənlik (traceability) texnologiyalarına əsaslanan birgə fəaliyyətlər üçün çərçivə yaradacaq. Planlaşdırılan həllər enerji təchizatı zənciri boyunca təhlükəsizliyin gücləndirilməsinə və şəffaflığın artırılmasına töhfə verəcək", - məlumatda qeyd edilib.
