Bakı. Trend:
“Tesla” korporasiyasının rəhbəri, Amerikalı milyarder İlon Mask Davosda keçirilən Dünya İqtisadi Forumunda şirkətinin 2027-ci ildən başlayaraq “Optimus” robotlarının satışına başlayacağını vəd edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mask bildirib ki, onun şirkəti insanabənzər robotların satışına 2027-ci ilin sonunda start verəcək. Eyni zamanda milyarder humanoidlərin qiymətini açıqlamayıb, lakin vurğulayıb ki, istifadəçi çox inkişaf etmiş bir köməkçiyə sahib olacaq.
“Əslində, siz ondan istədiyiniz hər şeyi etməsini xahiş edə bilərsiniz”, – deyə sahibkar qeyd edib.
Bununla belə, İlon Mask forumda vurğulayıb ki, “Tesla” “Optimus” robotlarının satışına yalnız onların yüksək etibarlılığına tam əmin olduqdan sonra başlayacaq.
