Bakı. Trend:
“Qalatasaray” argentinalı oyunçu Tiaqo Almadanı icarəyə götürmək üçün “Atletiko Madrid”ə iddialı təklif təqdim edib.
Trend xəbər verir ki, Türkiyə klubu icarə haqqı üçün 3 milyon avrodan çox vəsait ayırır və oyunçunun maaşını tam ödəməyə hazırdır. Müqavilənin sonunda satınalma variantının daxil edilməsi barədə müzakirələr isə davam edir.
Məlumata görə, Almadan “Qalatasaray”ın təklifinə maraq göstərir və artıq baş məşqçi Okan Burukla müsbət danışıqlar aparıb. Oyunçunun razılığı klubun danışıqlarda üstün mövqeyə sahib olmasına səbəb olub.
“Atletiko Madrid” hələ müqavilənin strukturunu qiymətləndirir, lakin həm klubun, həm də oyunçunun yüksək marağı danışıqların yaxın günlərdə sürətlə irəliləyə biləcəyini göstərir.
