...

Rumıniya Azərbaycandan neft və neft məhsulları idxalını artırıb

Energetika Materials 22 Yanvar 2026 15:00 (UTC +04:00)
Rumıniya Azərbaycandan neft və neft məhsulları idxalını artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycan Rumıniyaya 598,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 1,122 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin eyni dövrü ilə müqayisədə bu dəyər ifadəsində 160,7 milyon dollar (36,7 faiz), həcm baxımından isə 371,8 min ton (49,6 faiz) çoxdur.

2024-cü ildə Azərbaycandan Rumıniyaya 437,8 milyon dollar dəyərində bitumlu süxurlarnda əldə olunmuş 750,2 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Hesabat dövrü ərzində Rumıniya ən çox Azərbaycan nefti idxal edən ölkələrin sırasında dördüncü yerdə qərarlaşıb.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Eyni zamanda hesabat dövründə Azərbaycandan 735,8 min ton xam neft (431,9 milyon ABŞ dolları dəyərində) ilə yanaşı, bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları, həmçinin tərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsulları olan məhsullar ixrac edilib.2024-cü illə müqayisədə bu göstərici dəyər ifadəsində 97 milyon ABŞ dolları və ya 29%, fiziki həcmdə isə 198,2 min ton və ya 36,9% artıb.Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracında payı 1,72% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti