Bakı. Trend:
Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.
Trend xəbər verir ki, yeni ildə ilk matçına çıxan komanda Bakı İdman Sarayında Danimarka yığmasını qəbul edib.
Görüşün 5-ci dəqiqəsində qonaqlardan Rasmus Filipsen hesabı açıb. İlk hissə Danimarka millisinin minimal üstünlüyü ilə başa çatıb.
İkinci hissədə, 27-ci dəqiqədə Nihad İsmayılov Azərbaycan millisinin heyətində fərqlənərək hesabı bərabərləşdirib. Lakin 32-ci dəqiqədə Kasper Rasmussen, 37-ci dəqiqədə Hans Riken və 40-cı dəqiqədə Niklas Fuhs-Kristiansen fərqlənərək Danimarka yığmasının qələbəsini təmin ediblər – 1:4.
Qarşılaşma Danimarka millisinin qələbəsi ilə yekunlaşıb. Komandalar arasında növbəti yoldaşlıq oyunu yanvarın 24-də, saat 16:00-da Bakı İdman Sarayında keçiriləcək.
