Bakı. Trend:
Robotik əməliyyat qan itkisini, ağrı hissi və əməliyyat sonrası ağırlaşmaların qarşısını almağa kömək edir.
Trend xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatın icra olunmasına dair brifinqdə bildirib.
Onun sözlərinə görə, robotik cərrahiyyə əməliyyatları urologiya, prostat xərçəngi, onkologiya, ginekologiya sahələrində geniş tətbiq edilə bilər:
"Robotik sistem heç bir qərar qəbul etmir, bütün əməliyyat
cərrahın nəzarəti altında keçirilir. Sistem sensorlarla təchiz
olunub. Nasazlıq baş verdikdə sistem dayanır və xəstənin, tibbi
heyətin təhlükəsizliyi təmin edilir.
Əməliyyatlara rəhbərlik edən həkim heyəti xarici ölkələrdə müvafiq
təlimlər keçib, tam hazırlaşıblar. Bu isə robotik əməliyyatların
Beynəlxalq Standartlara uyğun icra olunmasına imkan verir".
Qeyd edək ki, bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatın icra olunub. Bu əməliyyət TƏBİB tabeli tibb müəssisələrində ilk dəfədir icra edilir.
