...

İndoneziya təyyarəsinin qəzaya uğradığı ərazidə 10 meyit aşkarlandı

Dünya xəbərləri Materials 23 Yanvar 2026 10:54 (UTC +04:00)
İndoneziya təyyarəsinin qəzaya uğradığı ərazidə 10 meyit aşkarlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyalı xilasedicilər Cənubi Sulavesi əyalətində yerləşən Bulusaraunq dağının zirvəsində qəzaya uğramış “Indonesia Air Transport” aviaşirkətinə məxsus “ATR 42-500” təyyarəsinin göyərtəsində olan bütün 10 nəfərin meyitlərini aşkar ediblər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin rəsmiləri açıqlama verib.

Qurumun məlumatına görə, həlak olanların cəsədlərinin təxliyəsi davam edir, əməliyyat isə çətin keçilən dağlıq ərazi səbəbindən mürəkkəbləşib. Qeyd olunur ki, təyyarə respublikanın Dəniz İşləri və Balıqçılıq Nazirliyinin sifarişi ilə çarter reysi həyata keçirib və balıqçılıq bölgələrinin havadan monitorinqini aparırdı. Göyərtədə yeddi ekipaj üzvü və nazirliyin üç əməkdaşı olub.

Qeyd edək ki, qəza 17 yanvar tarixində baş verib. Təyyarə Cokyakarta şəhərindən Cənubi Sulavesinin paytaxtı Makassar istiqamətində uçuş həyata keçirirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti