...

Yaponiyada yoxa çıxmış helikopteri aktiv vulkan kraterində aşkarladılar

Dünya xəbərləri Materials 22 Yanvar 2026 19:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyada itkin düşən turistik helikopterin dağıntıları Aso vulkanının kraterində tapılıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi (MLIT) ölkənin cənub-qərbində yerləşən Kumamoto prefekturasındakı Aso vulkanı ərazisində aparılan axtarış işlərinin son vəziyyəti bərədə ictimaiyyəti məlumatlandırıb.

Nazirliyin açıqlamasında bildirilib ki, Nakadake krateri daxilində helikopter gövdəsinə bənzər, ciddi zədələnmiş bir obyekt aşkar edilib və aparılan araşdırma nəticəsində bu qalıqların bir gün əvvəl itkin düşən turistik helikopterə aid olduğu təsdiqlənib.

Helikopterdə bir pilot və iki Tayvanlı turistin olduğu qeyd edilir. Güclü vulkanik qazlar və çətin relyef şəraiti səbəbindən pilot və sərnişinlərə çatmaq üçün axtarış-xilasetmə əməliyyatları hələ də davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti