...

Bu gün iqlim və enerji ilə əlaqəli həllər regional, innovativ və istifadəyə yönəlik ola bilər - Aysel Yaqubova

Energetika Materials 23 Yanvar 2026 09:55 (UTC +04:00)
Bu gün iqlim və enerji ilə əlaqəli həllər regional, innovativ və istifadəyə yönəlik ola bilər - Aysel Yaqubova
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün iqlim ilə əlaqəli problemlər qlobal miqyasda olsa da, bu istiqamətdə həllər regional, innovativ və istifadəyə yönəlik ola bilər.

Trend xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin icraçı direktoru Aysel Yaqubova bu gün Bakıda keçirilən Beynəlxalq Təmiz Enerji Günü münasibətilə dəyirmi masa və İƏT TEM Təmiz Enerji Hakatonu 2026 Mükafatlandırma mərasimində deyib.

Onun sözlərinə görə, UNIDO-nun qlobal davamlı enerji mərkəzləri şəbəkəsinin (GNSEC) bir hissəsi kimi, Təmiz Enerji Mərkəzinin missiyası region boyunca bərpa olunan enerjiyə keçidi və davamlı sənaye inkişafını dəstəkləmək üçün bilik, texnologiya və regional əməkdaşlığı səfərbər etməkdir.

"Bu gün iqlim və enerji ilə əlaqəli problemlər qlobal olsa da, bu istiqamətdə həllər regional, innovativ və istifadəyə yönəlik ola bilər. Bu gün məhz bunu qeyd edirik. Təmiz Enerji Günü münasibətilə CECECO Təmiz Enerji Hakaton 2026-ya start verilib. Ümid edirik ki, bu, regiondan olan gənc innovatorlar üçün real enerji problemlərini həll edən rəqəmsal və məlumat əsaslı həllər inkişaf etdirmək üçün bplatforma olacaq", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti