...

Bu ölkədə hökumət istefaya göndərildi

Dünya xəbərləri Materials 23 Yanvar 2026 11:10 (UTC +04:00)
Bu ölkədə hökumət istefaya göndərildi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qvineya Respublikasının Prezidenti Mamadi Dumbuyanın fərmanı ilə keçid dövrü Baş naziri Amadu Uri Banın rəhbərlik etdiyi Qvineya hökuməti istefaya göndərilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, dövlət başçısı nazirliklərin baş katiblərinə yeni hökumət təyin olunana qədər öz qurumlarının cari işlərini icra etməyə davam etmələri barədə göstəriş verib. Yeni Nazirlər Kabinetinin rəhbərinin adı və hökumətin tərkibinin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Hökumətin istefası Dumbuyanın Qvineya Prezidenti vəzifəsinin icrasına başlamasından təxminən bir həftə sonra baş verib. O, 28 dekabr 2025-ci ildə ölkədə keçirilmiş seçkilərdə qalib gəlib. Qvineya Prezidentinin mandat müddəti yeddi ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti