...

2025-ci ildə Azərbaycandan Çexiyaya ixrac olunan neftin həcmi açıqlandı

Energetika Materials 23 Yanvar 2026 13:33 (UTC +04:00)
2025-ci ildə Azərbaycandan Çexiyaya ixrac olunan neftin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Çexiyaya 742,2 milyon ABŞ dolları dəyərində 1,405 milyon ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 338,8 milyon dollar və ya 31,3 faiz, həcm baxımından isə 365 min ton və ya 20,6 faiz azdır.

2024-cü ildə Azərbaycandan Çexiyaya 1,770 milyon ton neft və neft məhsulları ixrac olunub və bu ixracın ümumi dəyəri 1,082 milyard dollar təşkil edib.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti