...

Enerji həm də dövlətlərin strateji təhlükəsizliyini, ekoloji sabitliyini müəyyən edən fundamental amildir - Sadiq Qurbanov

Yaşıl iqtisadiyyat Materials 23 Yanvar 2026 10:13 (UTC +04:00)
Enerji həm də dövlətlərin strateji təhlükəsizliyini, ekoloji sabitliyini müəyyən edən fundamental amildir - Sadiq Qurbanov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda enerji təkcə iqtisadi resurs kimi deyil, həm də dövlətlərin strateji təhlükəsizliyini, ekoloji sabitliyini müəyyən edən fundamental amildir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ADA universitetində Beynəlxalq Təmiz Enerji Günü münasibətilə keçirilən dəyirmi masada deyib.

O bildirib ki, "təmiz enerji" ətraf mühitə minimal təsir göstərən, istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaldan və enerji istehsalında uzunmüddətli dayanıqlığı təmin edən mənbələri əhatə edir:

"Lakin müasir elmi yanaşmaya görə, "təmiz enerji" konsepsiyası yalnız istehsal mərhələsi ilə məhdudlaşmır. Enerjidən səmərəli istifadə, enerji effektivliyinin artırılması və resurs risklərinin minimuma endirilməsi bu konsepsiyanın ayrılmaz və tamamlayıcı elementləridir. Məhz bu kompleks yanaşma Azərbaycanın milli qanunvericilik sistemində də öz aydın ifadəsini tapır".

Deputat vurğulayıb ki, "təmiz enerji" sahəsində xüsusi strateji əhəmiyyət daşıyan istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan edilməsidir.

"Naxçıvan Muxtar Respublikası da bu strategiyanın mühüm tərkib hissəsidir. Bu qərar postmüharibə dövründə bərpa və yenidənqurma proseslərinin ekoloji, innovativ və enerji baxımından səmərəli əsaslar üzərində qurulmasına xidmət edən nümunəvi model kimi dəyərləndirilməlidir. Nəticə etibarilə, Təmiz Enerji Günü Azərbaycanın enerji siyasətində yeni mərhələnin ideoloji, elmi və hüquqi əsaslarını təcəssüm etdirən mühüm platformadır", - deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti