...

SOCAR Azərbaycandan kənarda fəaliyyət göstən YDM-lərin sayını açıqlayıb (ÖZƏL)

Energetika Materials 23 Yanvar 2026 07:45 (UTC +04:00)
SOCAR Azərbaycandan kənarda fəaliyyət göstən YDM-lərin sayını açıqlayıb (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycandan kənarda SOCAR brendli 564 yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.

“SOCAR brendi altında fəaliyyət göstərən yanacaq doldurma məntəqələrinin ölkələr üzrə siyahısı aşağıdaki kimidir:

* Avstriya -87 YDM
* İsveçrə -223 YDM
* Ukrayna -54 YDM
* Gürcüstan -103 YDM
* Rumıniya -83 YDM
* Türkiyə -14 YDM”

Azərbaycana gədikdə, şirklətdən bildirilib ki, hazırda SOCAR brendi altında ölkə üzrə 72 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir: “Onlardan 9-u işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında yerləşir”.
SOCAR bu il ölkə üzrə yeni YDM-lərin açılması məsələsinə də toxunub:

“Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə ilk yanacaq təminatçısı, ilk yanacaqdoldurma stansiyasını istifadə verən məhz “SOCAR PETROLEUM” QSC olub. Əsas məqsəd aparılan quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi idi. Qeyd edək ki, hazırda QSC-nin uzunmüddətli inkişaf strategiyası hazırlanır. Bu strategiya təsdiq olduqdan sonra cari ildə ölkə ərazisində yeni yanacaqdoldurma stansiyalarının açılması ilə bağlı işlərin icrasına başlanılacaq.”

Xəbər lenti

Xəbər lenti