...

Azərbaycan NATO ilə bu sahədə əməkdaşlıq edə bilər - Vacib görüş keçirildi (FOTO)

Siyasət Materials 22 Yanvar 2026 13:43 (UTC +04:00)
Azərbaycan NATO ilə bu sahədə əməkdaşlıq edə bilər - Vacib görüş keçirildi (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

22 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini Radmila Şekerinskanı qəbul edib.

Trend xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə NATO arasında tərəfdaşlıq çərçivəsində mövcud əməkdaşlıq gündəliyi və perspektivləri, tərəfdaşlıq mexanizmləri çərçivəsində görülən işlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycanla NATO arasında əməkdaşlığın əhəmiyyətini qeyd edərək, mövcud tərəfdaşlıq çərçivəsində həyata keçirilən dialoq və qarşılıqlı fəaliyyətin regional təhlükəsizliyə müsbət töhfə verdiyini bildiriblər. Azərbaycanla NATO arasında minasızlaşdırma, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Ölkəmizin NATO-nun sülhə dəstək üzrə əməliyyat və missiyalarında iştirak təcrübəsi, Əfqanıstanda proseslərə yaxından dəstəyi, müdafiə sahəsində islahatlar, uyarlılığın təmin olunması sahəsində görülən işlər təqdir olunub. Ötən ilin noyabr ayında NATO üzv ölkələrinin daimi nümayəndələrindən ibarət missiyanın ölkəmizə səfəri məmnunluqla xatırlanıb.

Görüş zamanı, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, regionda dayanıqlı və qalıcı sülhün təmin olunması istiqamətində həyata keçirilən diplomatik səylər və etimad-quruculuğu tədbirləri, 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılaşmalar və sülh perspektivləri, habelə regional nəqliyyat və bağlantı layihələri barədə məlumat verilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti