Bakı. Trend:
Pakistanın cənubunda yerləşən Karaçi şəhərində “Gul Plaza” ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində ölənlərin sayı 67-yə yüksəlib.
Trend xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.
Məlumata görə, yanğın yanvarın 17-si axşam saatlarında Karaçinin sıx məskunlaşdığı ərazidə yerləşən ticarət mərkəzinin birinci mərtəbəsində başlayıb. Alov yalnız üç gün sonra tam nəzarət altına alınıb və söndürülüb.
Qeyd edək ki, daha əvvəl hadisə nəticəsində 60 nəfərin həlak olduğu bildirilirdi. Həkimlərin açıqlamasına əsasən, indiyədək faciənin 15 qurbanının şəxsiyyəti müəyyən edilib. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. İlkin ehtimallara görə, dağıntılar altında 80-dən çox insan qala bilər.
