Davos. Trend:
Azərbaycan və Ermənistan liderləri – Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyanın mənim dostlarıma çevriliblər.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsinin” imzalanması mərasimində deyib.
“Bu gün dünya bir il əvvəlkindən daha zəngin, daha təhlükəsiz və əhəmiyyətli dərəcədə daha dincdir. Biz bütün bu "yanğınları" söndürmüşük. Mən də daxil olmaqla çoxları bu savaşların hələ də davam etdiyini bilmirdi. Onların bəziləri bir halda 32 il, başqa bir halda 35 il, üçüncü halda isə 37 il davam edib. Biz Hindistan və Pakistan - iki nüvə qüdrətli dövlət arasında müharibəni dayandırmaqdan çox məmnun olduq. Prezident olaraq mən doqquz ay ərzində səkkiz müharibəni bitirdim, o cümlədən Kamboca və Taylandı və bu arada, bu liderlərin bir çoxu burada iştirak edir. Ermənistan və Azərbaycan. Bu liderlərin çoxu mənim dostlarıma çevrildi. Onlar buradadırlar”,- deyə o bildirib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.
