Bakı. Trend:
Naməlum şəxslər Niderlandın Dusburq şəhərində Böyük kilsənin binasında yerləşən gümüş muzeyini qarət ediblər.
Trend bu barədə “Omroep Gelderland” yayım korporasiyasına istinadən xəbər verir.
Məlumata görə, muzeydən 300-dən çox gümüş əşya oğurlanıb, dəymiş zərər onminlərlə avro dəyərində qiymətləndirilir. Qarət yanvarın 21-nə keçən gecə baş verib. Oğrular iki qapını sındıraraq muzey binasına daxil olublar.
Bildirilir ki, ekspozisiya videomüşahidə sistemi və siqnalizasiya ilə təchiz olunmuş ayrıca zalda yerləşib. Lakin cinayətkarlar içəri daxil olan kimi siqnalizasiyanı sıradan çıxarıb, müşahidə kameralarını isə dərhal məhv ediblər. Muzey rəhbərliyinin açıqlamasına görə, bütün gümüş eksponatlar oğurlanıb, ümumilikdə 14 vitrin sındırılıb və onların içindəki əşyalar aparılıb.
