Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, telefon söhbəti zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, həmçinin regional məsələlər müzakirə olunub.
Prezident Ərdoğan İranda baş verən hadisələri yaxından izlədiyini bildirib, Türkiyənin ölkədə sülh və sabitliyə böyük önəm verdiyini və İrana qarşı hər hansı xarici müdaxiləni heç vaxt qəbul etmədiyini vurğulayıb.
Türkiyə lideri mövcud problemlərin dialoq yolu ilə həllinin və regionda gərginliyin artmasının qarşısının alınmasının Türkiyənin əsas maraqlarına uyğun olduğunu qeyd edib.
