...

“New Shepard” suborbital uçuşla altı turisti kosmosa daşıdı

Dünya xəbərləri Materials 23 Yanvar 2026 02:36 (UTC +04:00)
“New Shepard” suborbital uçuşla altı turisti kosmosa daşıdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikanın çox istifadəli “New Shepard” gəmisi altı turistdən ibarət kommersiya ekipajı ilə suborbital uçuş həyata keçirib.

Trend xəbər verir ki, bu barədə istehsalçı şirkət “Blue Origin” məlumat yayıb.

Uçuş Texasın qərbində, Van-Horn şəhərinin yaxınlığında yerləşən “Corn Ranch” start meydançasından Amerika vaxtı ilə saat 11:27-də (Bakı vaxtı ilə 20:27-də) baş tutub və təxminən 10–11 dəqiqə davam edib.

“NS-38” ekipajına sahibkar Tim Dreksler, mama-ginekoloq Linda Edvards, beynəlxalq daşınmaz əmlak developeri və investoru Alen Fernandes, sahibkar, texnoloq və səyahətçi Alberto Qutyerres, ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki və keçmiş “F-15” qırıcı pilotu Cim Hendren, həmçinin “Blue Origin” şirkətinin “New Shepard” kosmik gəmilərinin buraxılış direktoru Laura Staylz daxil olub.

Komersiya turistik uçuşları üçün nəzərdə tutulmuş “New Shepard” raketi 18 metrlik birpilləli daşıyıcıdan və altı nəfərlik eniş kapsulundan ibarətdir. O, fövqəladə xilasetmə sistemi və paraşütlərlə təchiz edilib. Kosmik turistlər üçün uçuşun qiyməti 500 min dollar təşkil edir.

Qeyd olunur ki, 2021-ci ildən bəri “New Shepard” proqramı çərçivəsində 16 uğurlu suborbital missiya həyata keçirilib və Yer atmosferi ilə kosmosun sərhədində 92 turist olub (onlardan 6 nəfər iki dəfə uçuş edib).

Xəbər lenti

Xəbər lenti