Bakı. Trend:
Cənubi Çin dənizində, mübahisəli ərazi sayılan Skarboro rifinin sularında yük gəmisi batıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, adı açıqlanmayan gəminin göyərtəsində 21 filippinli dənizçi olub. Qəza nəticəsində 2 ekipaj üzvünün həyatını itirdiyi bildirilir.
Hazırda ərazidə genişmiqyaslı əməliyyat-axtarış əməliyyatları keçirilir.
