...

Azərbaycanda palatalar haqqında yeni qanunun qəbul edilməsi təklif olunur

İqtisadiyyat Materials 23 Yanvar 2026 12:26 (UTC +04:00)
Azərbaycanda palatalar haqqında yeni qanunun qəbul edilməsi təklif olunur
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “Palatalar haqqında” ayrıca qanun qəbul edilsin.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında deyib.

Millət vəkili bildirib ki, iqtisadi diversifikasiya sahibkarların daha yaxın dəstəklənməsini aktuallaşdırmaqla yanaşı, biznes ilə hökumət arasındakı dialoqun daha da dərinləşməsini vacib edir.

Deputatın sözlərinə görə, inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə iqtisadiyyatın fərqli sahələri üzrə fəaliyyət göstərən palatlar biznesin inkişafına xüsusi təkan verir. Əksər dövlətlərdə biznes subyekti fəaliyyət göstərdiyi sektor üzrə yaradılmış palatının üzvü olmadığı halda, hətta vergi qeydiyyatına belə alına bilmir. Palataların formalaşması və inkişafı prosesi artıq Qazaxıstan və Özbəkistanda da sürətlənib.

V.Bayramovun sözlərinə görə, sənaye və ya ticarət palataları bizneslə hökumət arasında körpü rolunu oynayır və iqtisadi islahatların daha da dərinləşməsinə töhvə verir. Azərbaycanda fəaliyyət göstərən palataların əksəriyyəti ictimai təşkilatlar kimi fəaliyyət göstərirlər. Bu isə onların fəaliyyət istiqamətlərinə və dialoq imkanlarına təsirsiz ötüşmür. Halbuki əksər inkişaf etmiş dövlətlərdə bu qurumların fəaliyyəti ictimai təşkilatlar haqqında qanunlarla deyil, xüsusi qanunla tənzimlənir.

“Bu baxımdan Azərbaycanda da “Palatalar haqqında” Qanun layihəsinin hazırlanması və qəbulu məqsədəuyğun olardı. Bu, biznes subyektlərinin fəaliyyətlərin koordinasiya edilməsinə və real sektorun daha yaxından dəstəklənməsinə imkan verə bilər.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, palataların fəaliyyətinin xüsusi qanunla tənzimlənməsi onların biznesə dəstək imkanlarını artırır”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti