...

Kazemiro “Mançester Yunayted”dən ayrılır

İdman Materials 23 Yanvar 2026 05:56 (UTC +04:00)
Kazemiro “Mançester Yunayted”dən ayrılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə təmsilçisi “Mançester Yunayted” yarımmüdafiəçisi Kazemironun yayadək olan müqaviləsinin başa çatdıqdan sonra komandadan ayrılacağını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu “qırmızı şeytanlar”ın heyətində dörd mövsüm çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 146 oyunda 21 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Kazemiro “Mançester Yunayted”lə birlikdə FA Kubokunu və Liqa Kubokunu qazanıb.

Qeyd edək ki, Kazemiro karyerası ərzində “Mançester Yunayted”dən əvvəl “Real” (Madrid, İspaniya), “Portu” (Portuqaliya) və “San Paulu” (Braziliya) klublarında da çıxış edib.

Xəbər lenti

Xəbər lenti