...

Gümüşün qiyməti tarixi maksimumu yeniləyib

Turizm Materials 22 Yanvar 2026 23:37 (UTC +04:00)
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin mart ayında təhvil veriləcək gümüş fyuçersinin qiyməti Nyu-York “Comex” birjasında tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 96 ABŞ dollarını ötüb.

Trend xəbər verir ki, bunu ticarət məlumatları təsdiq edir.

Bakı vaxtı ilə saat 21:51-ə olan məlumata əsasən, qiymətli metalın dəyəri 3,73% artaraq bir troya unsiyası üçün 96,09 ABŞ dollarına çatıb. Saat 22:00-da isə gümüşün qiyməti artım tempini zəiflədərək 95,86 ABŞ dollarına (+3,48%) enib.

Qızıl fyuçersləri də bahalaşıb. Belə ki, “Comex” birjasında qızıl fyuçersinin qiyməti 0,88% artaraq bir troya unsiyası üçün 4 879,9 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayının əvvəlindən bu günədək gümüş fyuçersinin qiyməti ümumilikdə 35,5% yüksəlib.

Xəbər lenti

Xəbər lenti