...

Burkina Fasoda silahlı qruplaşma 11 polisi öldürdü

Dünya xəbərləri Materials 22 Yanvar 2026 19:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Burkina Fasonun şərqində qeyri-qanuni silahlı qruplaşmanın hücumu nəticəsində azı 11 polis ölüb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, yüzlərlə yaraqlının ölkənin Qourma əyalətinin Balqa rayonunda asayiş nəzarətçilərinə hücumu 7 polisin ölümü ilə nəticələnib. Digər 4 qanun keşikçisi isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Afrikanın Sahel bölgəsində yerləşən Burkina Faso 2015-ci ildən vaxtaşırı “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan silahlı qruplaşmaların hücumları ilə üzləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti