...

AİB Azərbaycan və qonşu ölkələrin iştirakı ilə regional inteqrasiya layihəsini nəzərdən keçirir

İqtisadiyyat Materials 23 Yanvar 2026 09:45 (UTC +04:00)
AİB Azərbaycan və qonşu ölkələrin iştirakı ilə regional inteqrasiya layihəsini nəzərdən keçirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı Azərbaycan və qonşu ölkələrin iştirakı ilə yeni regional inteqrasiya layihəsinin gerçəkləşdirilməsi imkanını nəzərdən keçirir.

Trend bu barədə banka istinadən xəbər verir.

Nəzərdə tutulan “İnteqrasiya, logistika və inkişaf üçün sərhəd infrastrukturunun modernləşdirilməsi mexanizmi” (Borders Upgrades for Integration, Logistics, and Development Facility) təşəbbüsü Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin Xalq Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.

AİB-dən bildirilib ki, layihə üzrə nəzərdə tutulan maliyyələşdirmə həcmi 50 milyon ABŞ dollarıdır.

Hazırkı mərhələdə layihənin icra mexanizmləri, müddətləri və ölkələr üzrə komponentləri daxil olmaqla əlavə detallar açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti