...

ATB kartlarındakı qalıqlar üzrə faiz kampaniyası

İqtisadiyyat Materials 22 Yanvar 2026 16:51 (UTC +04:00)
ATB kartlarındakı qalıqlar üzrə faiz kampaniyası

Bakı.Trend:

Azər Türk Bankın atb debit kart, yeni nəsil atb əmək haqqı kartıatb premium kart müştərilərinin hesablarındakı qalıq vəsaitinə illik 6,5% gəlir hesablanacaqdır.

Kampaniya 15 fevral 2026-cı il tarixinədək davam edəcək.

Bankın atb card debit və atb yeni nəsil əməkhaqqı kartları üzrə qalıq məbləğinin 30 000 manatadək, atb card premium üzrə qalığın 100 000 manatadək olan hissəsinə faiz hesablanacaq.

Faiz gündəlik hesablanaraq hər ay müştərinin hesabına əlavə olunur.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti