...

Yeni Zelandiyada torpaq sürüşməsi nəticəsində azı iki nəfər ölüb

Dünya xəbərləri Materials 23 Yanvar 2026 08:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni Zelandiyanın Şimal Adasının şimal-şərq sahilində baş verən torpaq sürüşməsi nəticəsində ən azı iki nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kristofer Lakson X sosial şəbəkəsində paylaşım edib.

Lakson Plenti körfəzində baş verən sürüşmə zamanı iki yaxınını itirən ailəyə başsağlığı verərək, “Düşüncələrimiz sizinlədir”, – deyə bildirib.

Yanvarın 22-də baş verən hadisədən sonra sürüşmə zonasına düşən Mount Maunganui İstirahət Parkında axtarış-xilasetmə əməliyyatları davam edir. İlkin ehtimallara görə, iki uşaq da daxil olmaqla altı-doqquz nəfər torpaq və dağıntılar altında qala bilər.

Bildirilib ki, xilasedicilərin işi çətin nəqliyyat şəraiti ilə mürəkkəbləşir. Sürüşmə nəticəsində ərazidəki yolların əksəriyyəti bağlanıb və kommunal xidmətlər indiyədək təcili yardım maşınlarının hərəkəti üçün yalnız bir zolağı açmağa nail olublar.

Xəbər lenti

Xəbər lenti