...

İran Azərbaycandan elektrik enerjisi alışını artırıb

Energetika Materials 22 Yanvar 2026 17:41 (UTC +04:00)
İran Azərbaycandan elektrik enerjisi alışını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan İran İslam Respublikasına təqribən 34,453 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 979 min ABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 806 min kVt/saat və ya 2,4%, dəyər ifadəsi ilə 23 min ABŞ dolları, yaxud 2,4% artıb.

Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində İrandan Azərbaycana 908 min ABŞ dolları dəyərində, 31,951 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10 min ABŞ dolları və ya 1,1%, həcm ifadəsində isə 380 min kVt/saat və ya 1,2% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saat elektrik enerjisi idxal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti