...

İspaniya Azərbaycan və Ermənistan arasında normallaşma üzrə irəliləyişləri yüksək qiymətləndirir - Fransina Armenqol

Siyasət Materials 23 Yanvar 2026 14:20 (UTC +04:00)
İspaniya Azərbaycan və Ermənistan arasında normallaşma üzrə irəliləyişləri yüksək qiymətləndirir - Fransina Armenqol
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu səfərlə İspaniyanın Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, eləcə də davamlı və yüksək səviyyəli siyasi və institutlararası dialoqun aparılmasına sarsılmaz bağlılığını nümayiş etdiririk.

Trend xəbər verir ki, bunu İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi brifinqdə deyib.

Spiker bildirib ki, parlament diplomatiyası ölkələr arasında anlaşmanı dərinləşdirmək, etimad yaratmaq və regional sabitliyə töhfə vermək üçün vacib vasitədir:

“Bu görüşdə mən İspaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əldə olunan irəliləyişləri yüksək qiymətləndirdiyini ifadə edə bildim. Bu proses 2025-ci il 8 avqust tarixində Vaşinqton Sammitində imzalanmış razılaşmadan sonra başlayıb. Biz istəyirik ki, uyğun şərait yarandığı halda bu proses Qarabağ regionunda onilliklər boyu davam edən münaqişəyə son qoyan sülh sazişi ilə nəticələnsin və yeni bir tərəqqi və əməkdaşlıq dövrünü açsın. Bu prosesi istiqamətləndirəcək prinsiplər beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü həmçinin hər iki parlamentin paylaşdığı prinsiplərdir”.

Xəbər lenti

Xəbər lenti