Bakı. Trend:
İspaniya və Azərbaycan arasında ikitərəfli əlaqələri dərinləşdirmək üzrə ortaq iradə açıq-aşkar görünür. Biz mövcud razılaşmaların, məsələn, turizm və təhsil sahəsində anlaşma memorandumu kimi sənədlərin çərçivəsini genişləndirməyin vacibliyi barədə danışdıq.
Trend xəbər verir ki, bunu İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi brifinqdə deyib.
Spiker bildirib ki, bu, Azərbaycan təhsil sistemində ispan dili və mədəniyyətinin daha geniş yayılmasına kömək edir və gələcəkdə çox maraqlı imkanlar üçün təməl ola bilər:
“İspaniya Bakıda öz institusional iştirakını inkişaf etdirməyə çalışır və hər iki ölkə bu istiqamətdə uyğun şərait yaratmaq üçün işləyir. Bu ikitərəfli əlaqələrdə, şübhəsiz ki, iqtisadi və ticarət potensialı böyükdür və son zamanlar ölkələrimiz arasında İqtisadi Strateji Dialoqun başlanması ilə daha da artırılıb”.
