...

Fransina Armenqolun səfəri parlamentlərarası əlaqələrin inkişafının göstəricisidir – Spiker

Siyasət Materials 23 Yanvar 2026 14:14 (UTC +04:00)
Fransina Armenqolun səfəri parlamentlərarası əlaqələrin inkişafının göstəricisidir – Spiker
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin may ayında mən xanım Armenqolun dəvəti ilə İspaniyaya rəsmi səfər etmişdim. Bu səfər Milli Məclis sədrinin İspaniyaya ilk rəsmi səfəri idi. Bu gün isə İspaniya Deputatlar Konqresinin sədri mənim səfərimdən nisbətən qısa müddət keçməsinə baxmayaraq, öz nümayəndə heyəti ilə Azərbaycandadır.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasla birgə keçirdiyi brifinqdə deyib.

Spiker bildirib ki, xanım Armenqolun Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyətə malikdir. Belə ki, bu səfər də İspaniya parlament sədrinin Azərbaycana ilk səfəridir:

“Bu, həm mənim, həm də xanım Armenqolun ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına verdiyimiz əhəmiyyətin bir göstəricisidir”.

Xəbər lenti

Xəbər lenti