...

IRENA Türkmənistanı dayanıqlı gələcəyə keçidi sürətləndirməyə çağırdı

Yaşıl iqtisadiyyat Materials 23 Yanvar 2026 10:26 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

IRENA Türkmənistanı dayanıqlı gələcəyə keçidi sürətləndirməyə çağırır.

Trend xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ADA Universitetində keçirilən Beynəlxalq Təmiz Enerji Gününə həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, regional əməkdaşlıq Mərkəzi Asiya üçün xüsusi əhəmiyyət daşıyır:

“Regionda enerji tələbatının artması və zəngin bərpa olunan enerji resursları dayanıqlı, aşağıkarbonlu gələcəyə keçid və fosil yanacaqlardan həddindən artıq asılılığın azaldılması üçün unikal imkan yaradır. Bu imkanların reallaşdırılması regional qarşılıqlı fəaliyyət və investisiyaların səfərbər edilməsi üçün möhkəm əsas tələb edir. Məhz buna görə də IRENA COP29 çərçivəsində "Mərkəzi Asiya üçün Sürətləndirilmiş Tərəfdaşlıq" (APCA) təşəbbüsünü irəli sürüb. Biz beynəlxalq və regional tərəfdaşları əməkdaşlığın dörd əsas sütunu ətrafında birləşdirməyə çalışırıq”.

O əlavə edib ki, hazırda Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan artıq birgə fəaliyyət göstərir:

“Biz Türkmənistanı da onlara qoşulmağa və dayanıqlı gələcəyə doğru yolunu sürətləndirməyə çağırırıq”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti