Bakı. Trend:
Hazırda “yaşıl enerji koridoru" (Black Sea Energy) üzrə potensial investorlarla əməkdaşlıq modelləri müzakirə olunur.
Trend xəbər verir ki, bunu Mərkəzi Asiya–Azərbaycan “yaşıl enerji koridoru" layihəsi çərçivəsində “Yaşıl Enerji Birliyinin” Baş direktoru Tural Əliyev ADA Universitetində Beynəlxalq Təmiz Enerji Günü ilə əlaqədar keçirilən dəyirmi masada bildirib.
“Hazırda Xəzərdən Avropaya dəniz dibindən külək enerjisinin nəqli üzrə böyük işlər aparılır. Layihənin texniki-iqtisadi əsaslandırması artıq tamamlanıb, hazırda potensial investorlarla əməkdaşlıq modelləri müzakirə olunur”, – deyə T. Əliyev qeyd edib.
Xatırladaq ki, 4 aprel 2025-ci il tarixində Azərbaycan
Energetika Nazirliyi, Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf
Nazirliyi, Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi və
Bolqarıstan Energetika Nazirliyi arasında “yaşıl elektrik
enerjisi"nin ötürülməsi və ticarət sahəsində əməkdaşlıq üzrə
Memorandum imzalanıb.
Sənəd regionda bərpa olunan mənbələrdən əldə olunan elektrik
enerjisinin ötürülməsi infrastrukturlarının inkişafını, həmçinin
Cənubi Qafqaz ölkələri, Türkiyə və Avropa İttifaqı arasında “yaşıl
elektrik enerjisi"nin sərhədlərarası ticarətinin
genişləndirilməsinə hədəflənib.
