...

BMT Azərbaycanı əlçatan və "təmiz enerji" üzrə dəstəkləməyə hazırdır - İqor Qarafuliç

Yaşıl iqtisadiyyat Materials 23 Yanvar 2026 10:25 (UTC +04:00)
BMT Azərbaycanı əlçatan və "təmiz enerji" üzrə dəstəkləməyə hazırdır - İqor Qarafuliç
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

BMT Azərbaycan hökumətini NDC 3.0 üzrə iddialı hədəflərin həyata keçirilməsində və Dayanıqlı İnkişaf Məqsədi №7-yə (Əlçatan və təmiz enerji) doğru irəliləyişdə dəstəkləməyə hazırdır.

Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç ADA Universitetində Beynəlxalq Təmiz Enerji Gününə həsr olunmuş dəyirmi masada deyib.

O bildirib ki, bu gün həm də Azərbaycanın "təmiz enerji"yə keçid sahəsində liderliyini və sadiqliyini etiraf etmək üçün uyğun zamandır:

"COP30-da elan edilən Azərbaycanın milli səviyyədə müəyyən edilmiş töhfəsini (NDC 3.0) alqışlayırıq. Əvvəllər 2050-ci ilə nəzərdə tutulan emissiyaların azaldılması hədəfinin 15 il irəli çəkilməsi ilə Azərbaycan artıq 2035-ci ilə qədər emissiyaları 40% azaltmağı öhdəsinə götürür. Bu, iqlim tədbirlərinin sürətləndirilməsi istiqamətində güclü milli iradənin açıq göstəricisidir”.

Müvəqqəti rezident əlaqələndirici vurğulayıb ki, yeni NDC 3.0 bərpa olunan enerji, nəqliyyat və enerji səmərəliliyinin inkişafı vasitəsilə dekarbonizasiya yollarını müəyyən edir. “Yaşıl iqtisadiyyat"a ədalətli keçid iqtisadi şaxələndirməni təmin edəcək və ölkənin rəqabət qabiliyyətini gücləndirəcək.

“Azərbaycan, həmçinin Dayanıqlı İnkişaf Məqsədi №7 – "Əlçatan və təmiz enerji" istiqamətində də nəzərəçarpacaq irəliləyiş əldə edir. 2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Sənədimiz çərçivəsində BMT bu iddialı məqsədlərin həyata keçirilməsində hökuməti dəstəkləməyə hazırdır”, – deyə İ. Qarafuliç əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti