Bakı.Trend:
Şabran rayonunda silah-sursat aşkarlanıb.
Trend-in məlumatına görə, Şabran rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı Liman kəndi ərazisində silah-sursat aşkarlanıb.
Qeyd edilən ünvandan 1 ədəd avtomat, 5 ədəd patron darağı, 2 ədəd əl qumbarası, optik cihaz və 248 ədəd patron götürülüb.
Araşdırma aparılır.
