Bakı.Trend:
2025-ci il ərzində kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini pozan 164 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi üçün ümumilikdə 2213 qayığın sahibindən müraciət daxil olub.
"Texniki baxış nəticəsində norma və tələblərə cavab verən 2119 sayda nəqliyyat vasitəsinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub, tələblərə cavab verməyən 39 qayığın istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib",-deyə qurumdan əlavə edilib.
