...

Azərbaycanda bu provayder cərimələndi

Cəmiyyət Materials 23 Yanvar 2026 10:55 (UTC +04:00)
Azərbaycanda bu provayder cərimələndi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində tənzimləyici qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (Agentlik) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin qanunvericiliyə uyğun uçota alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Trend xəbər verir ki, bu barədə İKTA məlumat yayıb.

Agentlikdən bildirilib ki, qanunvericiliyin tələbinə əsasən internet telekommunikasiya xidməti göstərən operator və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində uçota durmalıdır.

“Classnet” Məhdud Məsuliyyətli Cəmiyyətinin uçota alınma üçün təqdim etdiyi sənədlərdən Cəmiyyətin bu tələbi vaxtında yerinə yetirmədiyi müəyyən olunub. Bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 370-1.0.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib və baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Cəmiyyət barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq olunub.

Qeyd olunub ki, agentlik internet telekommunikasiya xidməti göstərən operator və provayderləri uçota durma qaydalarına riayət etməyə çağırır və bu istiqamətdə operator və provayderlər üçün mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirməklə metodoloji və texniki dəstək göstərir:

"Telekommunikasiya operatorları və provayderləri üçün sözügedən sahə üzrə çətinlik yarandığı halda, Agentlik səlahiyyətləri çərçivəsində kömək etməyə daim hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti