...

Xaçmazın Qaraqurtlu kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Yanvar 2026 17:17 (UTC +04:00)
Xaçmazın Qaraqurtlu kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qaraqurtlu kəndində növbəti səyyar qəbul keçirib.

Qəbulda Qaraçı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qaraqurtlu, Qaraçı, Hacıqurbanoba, Çığatay, Gülalan, Çaxmaqlı, Laman və Qaraqaşlı kəndlərinin sakinləri iştirak ediblər.

Görüş iştirakçıları əvvəlcə şəhid Tərlan Məhərrəmovun büstü önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin su və kanalizasiya xəttinin çəkilməsi, örüş üçün torpaq sahəsinin ayrılması ilə bağlı müraciətlər səsləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll olunub.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti