...

Qaradağda qanunsuz ov edənlər saxlanıldı

Hadisə Materials 22 Yanvar 2026 15:18 (UTC +04:00)
Qaradağda qanunsuz ov edənlər saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qaradağda qanunsuz ov edənlər saxlanılıb.

Trend-in məlumatına görə, Qaradağ RPİ-nin 38-ci PŞ əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Sahil qəsəbəsi ərazisində müvafiq icazələri olmadan qanunsuz ov edən 2 nəfər saxlanılıb.

Araşdırmalarla onların Lənkəran rayon sakinləri H.Kərimov və R.Əkbərov olduqları müəyyən edilib.

Həmin şəxslərdən 2 ədəd ov silahı, patronlar və qanunsuz ovlanmış müxtəlif növ çöl quşları aşkarlanıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti