Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantların cənubdan ölkə hüdudlarına daxil olmasının qarşısını almaq üçün NATO-nun kollektiv müdafiə haqda nizamnaməsinin müvafiq müddəasına istinad edərək alyans qüvvələrini sınaqdan keçirməyi təklif edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o öz "Truth Social" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, NATO-nun cəlb edilməsi sərhəd patrulunun çox sayda əməkdaşını digər vəzifələr üçün azad etməyə imkan verəcək.
Eyni zamanda “Fox Business” telekanalına müsahibəsində Tramp bildirib ki, ABŞ bu vaxta qədər heç vaxt NATO-ya ehtiyac duymayıb və alyansdan ciddi şəkildə heç nə tələb etməyib.
Yanvarın 20-də Ağ Evin rəhbəri bəyan edib ki, onun NATO-ya verdiyi töhfə olmasaydı, bu gün alyans mövcud olmazdı. Bununla yanaşı, o vurğulayıb ki, NATO üçün Prezident Trampdan daha çox iş görən nə bir insan, nə də bir prezident olub.
