Bakı. Trend:
“Prezident Tramp ilə görüş yaxşı keçdi, məhsuldar və məzmunlu oldu. Komandaların işi barədə danışdıq, faktiki olaraq hər gün görüşlərin və ya ünsiyyətin olduğunu qeyd etdik”.
Trend xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşıb.
Zelenski bildirib ki, görüş zamanı Ukrayna üçün hava hücumundan müdafiə (HHM) məsələsi də müzakirə olunub. Onun sözlərinə görə, Prezident Tramp əvvəlki görüşdə Ukrayna səmasının müdafiəsinə dəstək göstərib və Kiyev bu istiqamətdə əməkdaşlığın davam edəcəyinə ümid edir.
“HHM üçün əvvəlki raket paketinə görə təşəkkür etdim və əlavə yardım xahiş etdim. Bu, insanların həyatının qorunması, bizim dayanıqlılığımız və birgə diplomatik iş deməkdir”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
