...

Ötən il proaktiv qaydada təyin olunan pensiya, müavinət və təqaüdləri sayı açıqlandı

Cəmiyyət Materials 23 Yanvar 2026 10:15 (UTC +04:00)
Ötən il proaktiv qaydada təyin olunan pensiya, müavinət və təqaüdləri sayı açıqlandı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-dekabr ayları ərzində 258 157 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Bildirilib ki, onlardan 39 208-i pensiya, 218 949-u müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ərzində 65,3 mindən çox pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Onların 11,8 mindən çoxu pensiya, 53,5 mindən çoxu müavinət (o cümlədən 14,5 mindən çoxu məcburi dövlət sosial sığortası hesabına ödənilən) və təqaüd təyinatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti